İran İslam Respublikasının ölkəmizdəki səfiri ATU-da olub
15.05.2024 14:52

 

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüş zamanı iki ölkə arasında tibb təhsili sahəsində mövcud durum və əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Rektor G.Gəraybəyli qonağa ölkənin ən qocaman ali məktəblərindən biri olan ATU-da həyata keçirilən islahatlar, təhsil sistemində tətbiq olunan yeniliklər haqqında məlumat verib. Üç ixtisas üzrə tədris proqramlarının beynəlxalq aakkreditasiyanı əldə etdikdən sonra dünyanın daha çox ölkələrindən ATU-ya marağın artdığını qeyd edib.

 

Rektor G.Gəraybəyli əcnəbi tələbə sayına görə Azərbaycanda ilk yerdə olan Tibb Universitetinin xarici tələbələri arasında İran İslam Respublikasından olanların da kifayət qədər təmsil olunduğunu bildirib. ATU-nun rektoru professor G.Gəraybəyli iki ölkə arasında bütün sahələrdə olduğu kimi tibb təhsili istiqamətində də münasibətlərin gücləndirilməsi üçün əhəmiyyətli addımlar atılacağından əmin olduğunu vurğulayıb.

 

Səfir Seyid Abbas Musəvi artıq ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatdığını bildirərək, bu dövrdəki əməkdaşlığa görə universitet rəhbərliyinə təşəkkür edib. O, iranlı tələbələrin yaşayışı və təhsili üçün ATU-da yaradılmış şəraitdən razı olduqlarını qeyd edib. Cənab Seyid Abbas Musəvi bundan sonra da tibb təhsili sahəsində əlaqələrin və əməkdaşlığın uğurla inkişaf edəcəyindən əminliyini bildirib.

 

Görüşdə iki ölkənin universitetləri arasında ikili diplomların tanınması ilə bağlı prosedurların inkişafı haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev