Elmi konfrans: "Travmatik beyin zədələnmələri: multidisiplinar yanaşmanın üstünlükləri”
13.05.2024 09:21

Azərbaycan Neyrocərrahlar Assosiasiyasının təşkilatçılığı ilə "Travmatik beyin zədələnmələri: multidisiplinar yanaşmanın üstünlükləri" adlı konfrans keçirilib.

 

Bu məlumat Aztibb.az-a Yeni Klinikadan verilib.

 

Beynəlxalq səviyyədə tanınan, təcrübəli mütəxəssislərin iştirak etdiyi tədbirin əsas məqsədi neyrotravmanın müalicəsi zamanı multidisipilnar yanaşmanın vacibliyi haqqında müzakirələr aparmaqdır.

 

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov, Qazi Universitetinin Sağlık bilimleri fakültəsi Fizioterapiya və reabilitasiya bölməsinin rəhbəri, kafedra müdiri prof. Deran Oskay, Türkiyə Kardiopulmonar Fizioterapiya və Reabilitasiya Cəmiyyətinin sədri, prof. Meral Boşnak Güçlü, uzman fizioterapevt Ece Baytok, neyrocərrah,  professor Kristian Matula və “Ever Neyro Farma” şirkətinin tibbi işlər üzrə direktoru Axel Kohlmentz iştirak edib.

 

Konfransı giriş sözü ilə açan Azərbaycan Neyrocərrahlar Assosiasiyasının idarə heyətinin sədri Rövşən Xəlilzadə baş beyinin travmatik zədələnmələrinin istənilən coğrafiyada olduqca aktual problem olduğunu bildirib. Bu baxımdan reabilitasiyada perspektivlərin də danışılacağı və bol fikir mübadiləsinin aparılacağı tədbirin əhəmiyyətli olduğunu qeyd edib.

 

Türkiyə Kardiopulmonar Fizioterapiya və Reabilitasiya Cəmiyyətinin sədri, prof. Meral Boşnak Güçlü kəllə beyin travmalar sonrası reanimasiyada reabilitasiyanın önəmi, keçirilmiş travmalarda orqanizmin bərpası, xəstəliyin gedişatı barədə çıxış edib.

 

Tədbirdə professor Deran Oskay kəllə beyin travmalarında fizioterapiyanın önəmindən, müalicə prosesinin düzgün gedişatı ilə bağlı çıxış edərək müxtəlif ölkələrdə təcrübəsindən bəhs edib.

 

Professor Kristian Matula neyrotravmanın müalicə prosesi və neyrotravmadan sonra keçirilən reabilitasiya prosesinin gedişatı mövzusunda çıxış edərək, reabilitasiyanın bütün dünyada təcrübəsinin düzgün şəkildə keçirilməsinin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyindən akkreditasiya olunaraq 11 DTT balı qazanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib