Qazax Rayon Mərkəzi Xəstəxanasında regional görüş keçirilib
12.05.2024 09:36

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb fakültəsinin Cərrahiyyə klinikasının həkimi, cərrah-onkoloq, t.ü.f.d, dosent Vüqar Yaqublu Qazax Rayon Mərkəzi Xəstəxanasına, həmçinin regiondakı digər rayon mərkəzi xəstəxanalarına səfər ediblər.

 

Bu məlumat Aztibb.az-a TƏBİB-dən verilib.

 

Səfər çərçivəsində xəstəxanaların Cərrahiyyə şöbəsi, Əməliyyat bloku, Reanimasiya şöbəsi, Doğum şöbəsi, Təcili yardım bölməsinə baxış keçirilib. Baxış zamanı mövcud infrastruktur və avadanlıqlarla tanış olublar.

 

Səfərin yekununda Qazax Rayon Mərkəzi Xəstəxanasında Vüqar Yaqublunun təqdimatında “Region tibbinin inkişafında xaricdə çalışan azərbaycanlı həkimlərin potensialından istifadə yolları”, “Regionlarda zəruri cərrahi xidmətin təşkilində beynəlxalq standartlar” mövzularında konfrans keçirilib. Konfransda Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayon mərkəzi xəstəxanalarının direktorları, həkim-cərrahları və həkim-anestezioloq-reanimotoloqları iştirak ediblər.

 

V.Yaqublu ilk olaraq xaricdə çalışan hər bir azərbaycanlı həkimin  milli səhiyyə sisteminin inkişafına necə  töhfə verməsindən və gələcəkdə necə  kömək edəcəklərindən danışıb.  O bildirib ki, xaricdə təhsil alan və çalışan azərbaycanlı həkimlərin bir qrupu artıq Azərbaycanda TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərirlər:

 

“Bu tədbirlər Azərbaycanın ucqar regionlarında da davam etdiriləcək. Xaricdə yaşayan və çalışan həkimlərlə Azərbaycandakı tibb müəssisələrində işləyən həkimlərin mütəmadi nəzəri və əyani təcrübə mübadiləsi aparılacaq”.       

 

O, bundan sonra da belə tədbirlərin davamlı olaraq keçiriləcəyini vurğulayıb. Bu istiqamətdə TƏBİB-in gördüyü işlərdən, həmçinin ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu, TƏBİB və Almaniyanın Haydelbelq Universitetinin Manhaym Tibb fakültəsi ilə əməkdaşlıq müqaviləsindən söz açıb.

 

Daha sonra Qazax Rayon Mərkəzi Xəstəxanasında “Təbiəti də sağaldaq” devizi ilə başladılan ağacəkmə aksiyası keçirilib.

 

2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb fakültəsinin Cərrahiyyə klinikasının həkimi, cərrah-onkoloq, t.ü.f.d, dosent Vüqar Yaqublu, Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədova, ətraf 4 rayonun direktorları və digər rəsmi şəxslər iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır