Özbəkistan nümayəndə heyəti Yeni Klinikada olub
09.05.2024 09:35

Yeni Klinikada TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Yeni Klinikanın direktoru Barat Yusubov Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondunun (Fond) İcraçı direktoru Zoxid Ermatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bu məlumat Aztibb.az-a Yeni Klinikadan verilib.

 

Bildirilib ki, Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondunun, eləcə də İqtisadiyyat və Maliyyə Nazirliyinin məsul şəxslərinin iştirak etdiyi görüşdə əməkdaşlıq münasibətləri, icbari tibbi sığorta sisteminin dövlət tibb müəssisələrində tətbiqi mexanizmi və qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunub.

 

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov tibb müəssisələrində keyfiyyətli tibbi yardımın təşkili və xidmət keyfiyyətinə nəzarətin önəmini vurğulayaraq TƏBİB tabeliyində fəaliyyət göstərən müəssisələrdə bu istiqamətdə önəmli addımların atıldığını qeyd edib.

 

Yeni Klinikanın fəaliyyət istiqaməti və hədəfləri barədə ətraflı məlumat verən Barat Yusubov icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində göstərilən tibbi xidmətlərdən istifadə edən vətəndaşların xidmət keyfiyyətindən razı qaldıqlarını bildirib.

 

Özbəkistanda icbari tibbi sığortanın tətbiqinin hazırda bir neçə regionda həyata keçirildiyini qeyd edən nümayəndə heyəti Azərbaycan təcrübəsindən yararlanmağı və birgə əməkdaşlığa maraqlı olduqlarını bildiriblər.

Klinikanın fəaliyyəti barədə ətraflı məlumat alan nümayəndə heyəti daha sonra tibb müəssisəsinin Təcili və təxirə salınmaz tibbi yardım (böyük və uşaq), Reanimasiya (böyük və uşaq), Laboratoriya və s. şöbələrini ziyarət ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev