Özbəkistanlı tələbələr ATU-da təcrübə keçib
04.05.2024 16:43

 

Özbəkistan Respublikasının EMU Universitetinin Müalicə işi və Stomatologiya fakültələrinin 12 tələbəsi Azərbaycan Tibb Universitetində bir həftəlik təcrübə keçib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, tələbələr dekan müavini Umida Muxitdinovanın kuratorluğu altında ATU-nun I Daxili xəstəliklər, I Cərrahi xəstəliklər, II Uşaq xəstəlikləri kafedralarında və Stomatologiya fakültəsinin ixtisas kafedralarında olublar. Qonaq tələbələr, həmçinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında “Anatomiya muzeyi” ilə tanış olub və rezidentlərin və gənc həkimlərin ATUREK elmi konfransında iştirak ediblər.

 

Təcrübənin sonunda ATU-nun Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov qonaqlarla görüşüb və onlara sertifikatlar təqdim ediblər.

 

Xatırladaq ki, ATU ilə EMU Universiteti arasında rəsmi əməkdaşlıq əlaqələri mövcuddur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev