Yeni Klinikada HIMSS sertifikatının əldə edilməsilə bağlı bir sıra əməkdaşlar təltif edilib
02.05.2024 09:43

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə etməsi münasibətilə təltifetmə mərasimi keçirilib.

 

Yeni Klinikadan Aztibb.az-a verilən xəbərə görə, mərasimdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC-nin direktoru Ramil Mehdiyev, Yeni Klinikanın direktoru Barat Yusubov və təltif edilən əməkdaşlar iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikanın HIMSS VI səviyyə sertifikatını almasını böyük nailiyyət olduğunu bildirərək bu sistemin xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılmasına böyük töhfə verəcəyini qeyd edib. Vüqar Qurbanov sertifikatın alınmasında əməyi keçən əməkdaşlara təşəkkür edərək hər kəsə uğurlar arzulayıb.

 

Yeni Klinikanın direktoru Barat Yusubov beynəlxalq tibbi yeniliklərin mütəmadi olaraq təqib edildiyi klinikada həmçinin süni intellektin tətbiq formasının analizi və pasiyentləri əhatə edən rəqəmsal xidmətlərin artırılması istiqamətində bir sıra layihələrin həyata keçirildiyini bildirib. Direktor Yeni Klinikanın ancaq HIMSS sertifikatı ilə kifayətlənməyib daha böyük nailiyyətlərə imza atacağını da qeyd edib.

 

HIMSS sertifikatı barədə məlumat verən “Rəqəmsal Tibbi Həllər” MMC-nin direktoru Ramil Mehdiyev bu uğurda dəstək göstərən və əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

 

“Rəqəmsal Tibbi Həllər” MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Vüqar Ramazanov təltif edilən əməkdaşların adından təşəkkürünü bildirərək bu uğurun komanda işi sayəsində qazanıldığını qeyd edib.

 

Sonda HIMSS beynəlxalq akkreditasiya sertifikatının əldə edilməsində əməyi keçən bir sıra əməkdaşlara sertifikat və simvolik hədiyyələr təqdim edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev