Abşeron RMX-da mikroskopik diskektomiya əməliyyatı icra olunub
01.05.2024 13:00

Abşeron Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq həyata keçirilən mikroskopik diskektomiya əməliyyatı uğurla başa çatıb.


Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, belində və sağ ayağında kəskin ağrılar, keyimə, yerişin çətinləşməsi və s. çoxsaylı şikayətlərlə tibb müəssisəsinə müraciət edən 58 yaşlı şəxsdə (kişi cinsli) tibbi müayinələr zamanı sağ ayağında parez, sağdan S1 sinir kökcüyündə sıxılma, pəncə zəifliyi əlamətləri aşkar edilib.

 

Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsindən sonra ona L5-S1 fəqərə diskinin sağtərəfli 11 mm sekvestrləşmiş yırtığı diaqnozu qoyulub və planlı əməliyyata qərar verilib.

 

Həkim-neyrocərrah Namiq Əhmədov tərəfindən icra olunan mikroskopik diskektomiya - L5-S1 fəqərə disk yırtığının mikroskopik xaric edilməsi əməliyyatından sonra pasiyentin səhhəti ilə bağlı ciddi irəliləyiş əldə olunub.

 

Uğurlu əməliyyatdan sonra bir neçə gün xəstəxanada müalicəsi davam etdirilən pasiyentin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev