Ətraf mühitin uşaqların sağlamlığına təsirinə dair təlimlərə başlanılıb
30.04.2024 15:45

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq TƏBİB və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Ətraf mühitlə əlaqəli uşaq xəstəliklərinin diaqnostikası, qarşısının alınması və idarəedilməsi bacarığının təkmilləşdirilməsi" mövzusunda təlimin açılışı baş tutub.

 

Bu barədə Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.

 

TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxışında uşaqların sağlamlığının qorunması istiqamətində tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin qeyd edib ki, dünyada baş verən qlobal iqlim dəyişikliyi və ətraf mühitin uşaqların sağlamlığına təsiri barədə tibb işçilərinin maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır.

 

Yeni Klinikanın direktoru Barat Yusubov bildirib ki, uşaqların sağlamlığı TƏBİB-in prioritet istiqamətlərindən biridir. Elə bu səbəbdəndir ki, tibb müəssisəsinin ən böyük şöbəsi məhz Pediatriya şöbəsidir. Digər şöbələrdən fərqli olaraq Pediatriya şöbəsi üç alt bölmədən ibarətdir.

 

Unicef Azerbaijandakı Nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova təlimin əhəmiyyəti və məqsədi barədə təlim iştirakçılarına məlumat verib. O qeyd edib ki, UNICEF ötən ildən başlayaraq Azərbaycanda uşaqların sağlamlığına ətraf mühitin təsiri məsələlərinin araşdırılması istiqamətində TƏBİB və Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Təlimin məqsədi məhz bu sahədə tibb işçilərinin maarifləndirilməsi və onların fəaliyyət göstərdikləri tibb müəssisələrində sərbəst təlimlər keçə bilməsi üçün hazırlanmasıdır.

 

Təlimdə ətraf mühitin və ağır metalların, hava çirklənməsinin, iqlim dəyişikliyinin, tütünçəkmənin uşaq sağlamlığına təsiri, bu təsirlərin uşaqların sağlamlıq tarixçələrinə qeyd edilməsi və s. kimi müxtəlif mövzular üzrə modullardan 30-dan çox tibb işçisinin faydalanması nəzərdə tutulub.

 

Qeyd edək ki, təlim 5 gün davam edəcək və sonda iştirakçılar sertifikatla təltif olunacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev