"Project Experience Day 2024" - Azərbaycan layihə menecerlərinin təcrübə mübadiləsi görüşü olub
30.04.2024 10:23

Azərbaycanın ən böyük dövlət və özəl sektor müəssisələrinin peşəkarlarının bir araya toplaşaraq öz təcrübələrini, layihə idarəetməsinin müasir tendensiyalara uyğunlaşması haqqında yanaşmalarını bölüşdüyü tədbir Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

 

Bu barədə Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.

 

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov açılış nitqi söyləyib, tədbirin Azərbaycanda layihə idarəetməsi mühitinə faydasından və TƏBİB-in səhiyyə sahəsində gördüyü işlərdən, uğurlardan bəhs edib.

 

Daha sonra tədbirin spikerlərindən biri olan, TƏBİB-in Layihələrin idarə olunması şöbəsinin müdiri Fəqan Həsənzadə "Səhiyyə sahəsində layihələrin idarə edilməsi - Milli prioritetlərin yeni reallıqlara çevrilməsi" mövzusunda çıxış edib.

 

Çıxış zamanı TƏBİB-in səhiyyə sahəsində layihə idarəetməsi dəst-xətti, yanaşması ilə bağlı təcrübələr bölüşülüb və qurumun gördüyü işlərin, strateji baxışının ölkə səhiyyəsinə verdiyi faydalardan bəhs edilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev