Səmərqənd Tibb Universitetinin nümayəndə heyəti ATU ilə tanışlıqdan razı qalıb
28.04.2024 10:20

Özbəkistanın Səmərqənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti  Azərbaycan Tibb Universitetinin (ATU) fəaliyyəti ilə tanış olmaq və öz sahələri üzrə akademik mübadilə aparmaq üçün bu günlərdə ATU-da olub.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Qonaq müəllimlər ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevin müşayiəti ilə universitetin Stomatoloji Klinikasında, İnsan anatomiyası və tibbi terminologiya, Patoloji fiziologiya, Patoloji anatomiya və Ağız və üz-çənə cərrahiyyəsi kafedralarında tanışlıq xarakterli görüşlər keçirib, qarşılıqlı fikir mübadiləsi aparıblar. Eyni zamanda Anatomiya Muzeyində saxlanılan unikal eksponatlarla tanış olublar.

 

Daha sonra nümayəndə heyətini qəbul edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara ölkəmizdə tibb üzrə ali təhsilin strukturu, universitetin tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, ATU-da hazırda 4 müasir klinika, 6 tədris binası və inzibati bina, yüksək təchizatlı tələbə yataqxanaları, internet mərkəzi, 1 milyona yaxın kitab fondu olan kitabxana fəaliyyət göstərir. Azərbaycan Tibb Universitetinin xarici tələbə sayına görə öndə olduğunu söyləyən rektor, gələcəkdə Səmərqənd Dövlət Tibb Universiteti ilə daha sıx əlaqələr qurulacağına əminliyini vurğulayıb.

 

Nümayəndə heyətinin rəhbəri, Patoloji fiziologiya kafedrasının müdiri, professor Gülnoza Samiyeva səmimi qəbul üçün rektor G.Gəraybəyli başda olmaqla Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib, ATU ilə tanışlıqdan məmnun qaldıqlarını ifadə edib. Qonaq təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək ATU ilə qarşılıqlı əlaqələrin inkişafinda maraqlı olduqlarını deyib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev