Sumqayıtda elmi konfrans: "Oftalmologiyanın mirvarisi"
27.04.2024 15:05

Sumqayıt Tibb Mərkəzində (STM) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Oftalmologiyanın mirvarisi" adlı elmi-praktiki konrans keçirilib.

 

Konfransda Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov, direktor müavinləri, tibb müəssisələrinin baş həkimləri və oftalmoloqlar iştirak ediblər.

 

STM-dən Aztibb.az-a bildirilib ki, öncə Zərifə Əliyevanın həyatından bəhs edən videoçarx nümayiş olunub.

 

Konfransı giriş sözü ilə açan STM-nin direktoru Elnur Azadxanov Azərbaycan xalqının bir sıra görkəmli şəxsiyyətlər yetişdirdiyini və bu şəxsiyyətlərdən birinin oftalmoloq alim Zərifə Əliyeva olduğunu bildirib.

 

E.Azadxanov alimin oftolmologiya elminə böyük töhfələr verdiyini, keçdiyi şərəfli həyat yolunun Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu nəzərə çatdırıb.

 

Qeyd edib ki, Zərifə Əliyeva Azərbaycanda oftolmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib.

 

Direktor vurğulayıb ki, görkəmli alim həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib edib, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərib, bütün tibb işçilərinin təkcə təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkib.

 

STM-nin direktor müavini Ramin Qasımov qeyd edib ki, görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb.

 

O, vurğulayıb ki, Zərifə Əliyeva Azərbaycan qadınlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirməklə yanaşı ulu öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olub.

 

1 nömrəli Xəstəxananın oftalmoloqu Nailə Hüseynova Zərifə Əliyevanın həyatı, elmi fəaliyyəti və oftalmologiya elminə gətirdiyi yeniliklərlə bağlı danışıb.

 

N.Hüseynova bildirib ki, Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

 

2 nömrəli Xəstəxanasının oftamoloq-cərrahı, göz xəstəlikləri uzmanı Rəsul Dadayev görkəmli alimin vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar apardığını vurğulayıb.

 

1 nömrəli Xəstəxananın həkim-terapevti Kəmalə Nəbiyeva isə akademik Zərifə Əliyevanın insani keyfiyyətləri və xarakterindən geniş bəhs edib.

 

O, bildirib ki, ülvi keyfiyyətlərə malik olan akademik Zərifə Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer verib.

 

Konfrans öz işini digər çıxışlarla yekunlaşdırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev