“TƏBİB hər evdə” aksiyasına start verilir
26.04.2024 11:25

TƏBİB-in təşkilatçılığı ilə “Avropa İmmunizasiya Həftəsi” çərçivəsində Ağdaş, Şəki və Zaqatala rayonlarının ucqar kəndlərində “TƏBİB hər evdə” aksiyasına başlanılıb.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, aksiya çərçivəsində ümumilikdə hər rayona 20-yə yaxın briqada cəlb olunub. Briqadalar ilkin səhiyyə müəssisələrində fəaliyyət göstərən pediatr, terapevt və tibb bacılarından ibarətdir. Həmçinin ixtisaslı həkimlərdən ibarət xüsusi briqadalar yaradılıb və bu briqadalar müayinələrin aparılması üçün portativ USM, rentgen, laborator avadanlıqlarla təchiz edilib.

 

Eyni zamanda, "İmmunizasiya Həftəsi” çərçivəsində tibb işçilərinə təlimlərin keçirilməsi də nəzərdə tutulub.

 

"İmmunizasiya Həftəsi”nin keçirilməsində məqsəd uşaqların profilaktik peyvəndləməsi işi ilə məşğul olan tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, soyuq zəncir (peyvəndlərin saxlanılması və daşınması) sisteminin gücləndirilməsi, immunizasiya üzrə elektron qeydiyyat sistemində görülən işlərin keyfiyyətinin artırılması, əhali arasında maarifləndirmənin gücləndirilməsi, “0” dozalı (GDT Hib Hep B peyvəndini almayan) uşaqların sayının minimuma endirilməsi ilə peyvəndləmə işində dayanıqlılığın təmin edilməsidir.

 

Qeyd edək ki, Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində TƏBİB Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə Azərbaycanda aprelin son həftəsindən başlayaraq “Avropa İmmunizasiya Həftəsi” ilə bağlı silsilə tədbirlər keçirməyə başlayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev