Şəkidə “Minimal invaziv cərrahiyədə bu gün” adlı konfrans keçirilib
22.04.2024 16:05

TƏBİB-in təşkilati dəstəyi ilə Şəkidə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti tərəfindən “Minimal invaziv cərrahiyyədə bu gün” adlı konfrans keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, Şəki Rayon Mərkəzi Xəstəxanası və Şəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov, Şəki və ətraf rayonlardan 150-yə yaxın cərrah, həkim və tibb bacıları iştirak edib.

 

Tədbirdə çıxış edənlər səhiyyə sahəsindəki hazırkı durumdan danışıb, yeniliklərin tətbiqindən söz açıblar. Onlar belə konfransların keçirilməsinin regiondakı mütəxəssislərin dünyadakı yeni cərrahi tendensiyalarla tanışlığı, yerində təhsil və özünü inkişaf üçün mühüm rol oynadığını vurğulayıblar. Tədbirdə laparoskopik cərrahiyyə, ginekologiya, urologiya və bariatrik cərrahiyyənin son nailiyyətlərinə həsr olunan maraqlı məruzələr dinlənilib, diskussiyalar təşkil olunub.

 

Konfransdan sonra Minimal invaziv cərrahiyyənin ən son nailiyyətlərindən hesab olunan endoskopik tiroidektomiyanın (izsiz, kəsiksiz zob əməliyyatı) və digər əməliyyatların canlı olaraq konfrans zalına translyasiya edilməsi də maraqla qarşılanıb.

 

Qeyd edək ki, tədbir “Zoom” platforması üzərindən canlı olaraq Özbəkistanın Namangan Dövlət Universitetinin tibb fakültəsinin müəllim və tələbə heyəti üçün də canlı yayımlanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev