Yevlaxda ağacəkmə aksiyasında 400-dən artıq Eldar şamı və sərv ağacı əkilib
22.04.2024 10:46
Yevlax Rayon Mərkəzi Xəstəxanasında əməkdaşların iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, müəssisənin direktoru Fazil İsmayılovun və işçilərin iştirak etdiyi aksiyada ümumilikdə 400-dən artıq Eldar şamı və sərv ağacları əkilib.
 
Aksiyanın keçirilməsində məqsəd ekoloji davamlılıq, yaşıllıq zonalarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
 
Belə aksiyaların il boyu davam etdirilməsi nəzərdə tutulub.
Səadət Məmmədova
Müəllifin digər yazıları