Tramp koronavirusa qarşı peyvənd edilən ilk insanlardan biri olmağa hazırdır  
23.07.2020 14:00

ABŞ Prezidenti Donald Tramp koronavirusa qarşı vaksin hazır olduqdan sonra onun vurulduğu ilk insanlardan olmağa hazırdır.

 

Aztibb.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə "Fox News" telekanalına müsahibəsində deyib.

 

“Özünüz bilirsiniz, mən birincilərdən olsam, hamı mənim eqoistliyimdən və peyvəndi ən tez əldə etmək istəməyimdən danışacaq”, - deyə Donald Tramp vaksin vurulan ilk insanlardan biri olmağı istəyib-istəməməsi barədə sualı cavablandırarkən bildirib.

 

Onun sözlərinə görə, bu addımı cəsarətli sayanlar da az deyil. “Bunu məndən istəsələr, düzgün olduğunu hesab etsələr, mən vaksin vurulan ilk və ya sonuncu insan olmağa hazıram”, - deyə ABŞ Prezidenti əlavə edib.

 

Qeyd edək ki, Birləşmiş Ştatların lideri bir qədər əvvəl amerikalı mütəxəssislərin cari ilin sonunadək COVID-19 əleyhinə vaksini hazırlaya biləcəkləri barədə məlumat vermişdi. O, "Fox News" telekanalına müsahibəsində koronavirusa yoluxan insanların müalicəsində effektiv olacaq preparatların hazırlanmasının da vacibliyini vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib