Azərbaycanda İLK: COVID-19-u tam avtomatlaşdırılmış qapalı sistemdə aşkarlayan cihaz "Yeni Klinika"da!
06.01.2023 16:51

Azərbaycanda ilk dəfə olaraq "Yeni klinika" tibb müəssisəsində "Cobas® 6800" cihazı vasitəsilə COVID-19 virusunu yüksək keyfiyyətli, tam avtomatlaşdırılmış qapalı sistemdə aşkarlamaq mümkündür.

 

"Yeni klinika"dan Aztibb.az-a verilən məlumata görə, bu testdən SARS-CoV-2 virusu şübhəsi olan xəstələrdə ağır tənəffüs çətinliyinə, ağırlaşmalara və potensial ölümə səbəb ola biləcək xəstəliyin inkişaf riskini qiymətləndirmək üçün istifadə edilir.

 

Belə ki, burun-udlaqdan alınmış yaxma nümunələri FDA - Fövqəladə İstifadə Səlahiyyəti (EUA) altında tam avtomatlaşdırılmış "Cobas® 6800" sistemində işləmə alınaraq qısa zaman ərzində cavablandırılır.

 

Məlumat üçün bildirək ki, "Cobas® SARS-CoV-2" analizi tək bir nümunədə həm spesifik  "SARS-CoV-2", həm də "SARS-CoV-2"-yə  daxil olan "Pan-Sarbecovirus" ailəsini təyin edən tək yuvacıqlı iki hədəfli analizdir.

 

Proses zamanı nəticələrin interpritasiyası cihaz tərəfindən avtomatik şəkildə pozitiv və ya neqativ olaraq cihazın monitoruna ötürülür. Qapalı avtomatlaşdırılmış sistem olduğu üçün həm personal tərəfindən yarana bilən əl xətası, həm də analiz zamanı mümkün olan çirklənmə və yoluxma riski aradan qalxmış olur.

 

Təxminən üç saat ərzində 94 nəticə və gün ərzində orta hesabla 376 nümunə işləmək tutumuna malik olan cihazın həssaslığı olduqca yüksəkdir. Məhz bu səbəbdən cihaz nümunədə mövcud olan az sayda virusu təyin etmək qabiliyyətinə malikdir.

 

Qeyd edək ki, Azərbaycanda yalnız “Yeni klinika” da istifadə olunan "Cobas® 6800" sistemində nəinki "SARS-CoV-2" virusunu, həmçinin hepatit viruslarının, qrip virusunun və bir sıra başqa virusları da təyin etmək mümkündür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır