Uzman pediatr Telman Aytayev XI Avropa Pediatrik Konqresində çıxış edib  
22.04.2024 10:06
Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev 17-21 aprel 2024-cü il tarixlərində Türkiyənin Bələk şəhərində Avropa Pediatriya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən XI Avropa Pediatrik Konqresində iştirakçı və məruzəçi qismində iştirak edib.
 
Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, o, konqresin üçüncü günü “Xroniki xəstəliklərə qarşı vaksinasiya və peyvəndlər haqqında yeniliklər” mövzusunda məruzəsini təqdim edib.
 
 
Telman Aytayev çıxışında ölkəmizdə və dünyada müxtəlif xəstəliklərə qarşı aparılan vaksinasiyanın əhəmiyyəti, vaksinasiya olunmuş və olunmamış uşaqların səhhətində olan fərq, bu mövzuda aparılan tədqiqatların nəticələri, eləcə də peyvəndlərlə bağlı yeniliklərə toxunub.
 
 
Azərbaycanlı həkimin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında sualları cavablandırıb.
 
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev