Elmi konfrans: “Hamı üçün bərabər əlçatanlıq və qanın müxtəlif laxtalanma pozğunluqlarının aşkarlanmasına dair” 
19.04.2024 17:53
TƏBİB və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə “Hamı üçün bərabər əlçatanlıq və qanın müxtəlif laxtalanma pozğunluqlarının aşkarlanmasına dair” elmi konfrans keçirilib.
 
Konfransda TƏBİB-in İcraçı direktorun müşaviri Səkinə Sadıxova, Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.
 
Bu barədə Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir.
 
Ümumdünya Hemofiliya Gününə həsr olunan elmi konfransda bildirilib ki, “Hamı üçün bərabər əlçatanlıq və qanın müxtəlif laxtalanma pozğunluqlarının aşkarlanmasına dair” şüarı ilə dünyanın 114 ölkəsində müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsində məqsəd qanın laxtalanma pozğunluğundan əziyyət çəkən müxtəlif diaqnozlu insanların müalicəsini yaxşılaşdırmaq, həyat keyfiyyətini yüksəltməkdir. Çıxış edənlər bundan sonra da qanın laxtalanma pozğunluğundan əziyyət çəkən insanların müayinə-müalicəsi, sosial müdafiəsi istiqamətində ictimai təşkilat və dövlət qurumları arasında əməkdaşlığın davam edəcəyini bildiriblər.
 
Diqqətə çatdırılıb ki, Ümumdünya Hemofiliya Federasiyasının məlumatına görə, 10.000 nəfərdən biri hemofiliya xəstəliyi ilə doğulur. Hemofiliya X xromosomu ilə əlaqəli resessiv anadangəlmə qanın laxtalanma pozğunluğu ilə müşahidə olunan xəstəlikdir. İlk dəfə 1820-ci illərdə Schonlein tərəfindən araşdırılıb. Xəstəlik daha çox kişilərdə müşahidə olunur, qadınlar isə daşıyıcıdırlar.
 
Elmi konfransda hemofiliya xəstəliyi ilə bağlı bir çox maraqlı aspektlərə toxunulub. Mərkəzi Neftçilər Xəstəxanasının həkim-pediatrı, uzman həkim Nərmin Quluzadə "Hemofiliya A və B diaqnozu olan xəstələrin ailəvi hemofiliya daşıyıcılığı və X-inaktivasiya genetik təyini", Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Mina Adıgözəlova "Hemofiliya xəstəliyi və onun müasir müalicəsi", həmin xəstəxananın həkim-hematoloqu Firəngiz Nəzərli "Disfibrinogenemiya ilə olan hamilələrə yanaşma", Tibbi Reabilitasiya Mərkəzinin direktor müavini, baş həkim Gülay Qurbanzadə "Hemofiliyalı xəstələrin reabilitasiyası", Abşeron RMX-nın Üz-çənə cərrahiyyə şöbəsinin müdiri uzman həkim Vüqar Qurbanov "Hemofiliyalı xəstələrdə stomatoloji xidmətin təşkili", Nərimanov Tibb Mərkəzi, 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının həkim-infeksionisti Aybəniz Qaziyeva isə "Hemofiliyalı xəstələrdə infeksion xəstəliklərin gedişatı" mövzusunda məruzələrlə çıxış edib.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev