Yaponiya Azərbaycana tibbi avadanlıqlardan ibarət texniki yardım ayırıb
05.11.2020 16:19

Noyabrın 5-də “Yaponiya Hökumətinin İqtisadi və Sosial İnkişaf Proqramı” çərçivəsində tibbi avadanlıqların təchiz edilməsi üçün Yaponiya hökuməti tərəfindən ayrılan qrant barədə Notalar Mübadiləsi sənədlərinin imzalanması mərasimi keçirilib.

 

Aztibb.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (Agentlik) verilən məlumata görə, sənədləri Yaponiya tərəfindən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, Azərbaycan tərəfindən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev imzalayıb.

 

Yaponiyanın Azərbaycana ayırdığı qrant yardımının məbləği 2 milyona yaxın ABŞ dolları həcmindədir. Qrant yardımın ayrılmasında məqsəd tibb müəssisələrini tibbi avadanlıqlarla təmin etməklə yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və səhiyyə sisteminə lazımi dəstək göstərməkdən ibarətdir.

 

Tədbirdə səfirliyin birinci katibi Honda Şiniçi, Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Səhiyyə Nazirliyi, Agentlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.

 

Zaur Əliyev iştirakçıları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xüsusilə son vaxtlar dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətləri barədə məlumatlandırıb. O, bildirib ki, hazırda Azərbaycan iki cəbhədə mübarizə aparır: “Pandemiya ilə yanaşı, ölkəmiz Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlara qarşı cavab olaraq lazımi addımlar atır”. Agentliyin İdarə Heyətinin sədri Yaponiya tərəfindən ölkəmizə və səhiyyəmizə göstərilən dəstəyi yüksək qiymətləndirib: “Qrant yardım Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və yeni tibbi texnologiyaların tətbiqi vasitəsilə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da artırılmasına imkan yaradacaq”.

 

Səfir Vada Cüniçi öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə başa çatacağına ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələrinin birliyi vacibdir: “Bu səbəbdən Yaponiya hökuməti tərəfindən Azərbaycana tibb müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün texniki yardım ayrılıb. Bu yardım vasitəsilə Azərbaycana kompüter tomoqrafiyası, portativ rentgen, portativ ultrasəs müayinə kimi tibbi avadanlıqların verilməsi nəzərdə tutulur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır