TƏBİB-in dəstəyilə "Ürək-damar cərrahlarının Şuşa Zirvəsi" adlı elmi toplantı keçirilib
14.04.2024 22:30

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyilə "Ürək-damar cərrahlarının Şuşa Zirvəsi" adlı elmi toplantı keçirilib.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, bu tədbir Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra işğaldan azad edilmiş ərazilərimizdə keçirilən ilk elmi toplantıdır.

 

Toplantıda aidiyyəti dövlət qurumlarının nümayəndələri, ölkəmizdə ürək-damar cərrahiyyəsi və kardiologiya sahəsində fəaliyyət göstərən həkimlər iştirak edib.

 

Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra tədbirin açılış mərasimi keçirilib.

 

Açılış mərasimində çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsinin fəxri sədri, prof. Kamran Musayev mədəniyyət paytaxtımız Şuşada ilk dəfə keçirilən elmi tibbi toplantının əhəmiyyətini qeyd edib. Bildirib ki, ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan möhtəşəm zəfər sayəsində hər bir Azərbaycan vətəndaşı kimi ürək-damar cərrahları da qürurludur.

 

Daha sonra TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov çıxış edib. Ürək-damar cərrahlarının Şuşada keçirilən elmi toplantısının həkimlərin elmi yenilikləri müzakirə etməsinə və təcrübə mübadiləsi aparmasına mühüm töhfə verəcəyini bildirib.

 

AÜDCC-nin sədri Ramil Əliyev toplantının proqramında ürək-damar cərrahları və kardioloqların çıxışlarına yer ayırıldığını, həm çıxışların, həm də aparılacaq müzakirələrin iştirakçıların biliklərini yeniləməsi və təcrübə mübadiləsi üçün faydalı olacağını bildirib.

 

Daha sonra toplantı panel müzakirələrlə davam edib. Çıxışçılar "Anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsində minimal invaziv üsullar", "Qulaqcıq fibrilyasiyasında LAA bağlanması: kimə və nə zaman?", "Arkus aortanın odlu silah yaralanmasına cərrahi yanaşma", "Aşağı ətrafın asimptomatik periferik arterial xəstəliyi və fasiləli axsama: 2024-cü il klinik təcrübə təlimatları", "Minimal İnvaziv qapaq cərrahiyyəsi: kimə və nə zaman?", "Funksional mitral çatışmazlığında diaqnostika və medikamentoz müalicə", "Dərin venoz trombozun müalicəsində müasir yanaşma" və "Açıq ürək əməliyyatından sonrakı ECMO: zamanlama və taktika" mövzularında təqdimatlar edib, mövzular ətrafında diskussiya aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev