Agentliyin əməkdaşları üçün keçirilən “Jest dili” təlimləri yekunlaşıb
12.04.2024 11:35

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları üçün keçirilən “Jest dili” təlimləri yekunlaşıb.

 

Agentlikdən Aztibb.az-a verilən xəbərə görə, qurumun Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin həkim, mütəxəssis və texniklərinin iştirak etdiyi təlimin məqsədi eşitmə məhdudiyyətli şəxslərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, əməkdaşlarla eşitmə məhdudiyyətli şəxslər arasında effektiv ünsiyyətinin qurulmasıdır.

 

Mərkəz eşitmə məhdudiyyətli şəxsləri eşitmə cihazları, eləcə də ehtiyac duyduqları digər reabilitasiya vasitəsitələri ilə təmin edir. Bu baxımdan əməkdaşların işarət dilindən istifadə bacarıqlarının artırılması xüsusi əhəmiyyət kəsb edir.

 

Təlimlərdə iştirak edən əməkdaşlara sertifikatlar təqdim olunub. Hazırda Mərkəz əməkdaşları eşitmə məhdudiyyətli şəxslərlə işarət dilinin köməyi ilə rahat ünsiyyət qura bilirlər.

 

Qeyd edək ki, təlimlər “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova tərəfindən keçirilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev