ATU THİK nümayəndələri gender əsaslı zorakılıq qurbanları sığınacağını ziyarət ediblər  
11.04.2024 14:34

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nümayəndə heyəti “Gender əsaslı zorakılıq qurbanları üçün Reabilitasiya və Reinteqrasiya Mərkəzi“ sığınacağını ziyarət edib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, heyət üzvləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi nəzdində fəaliyyət göstərən bu müəssisədə yaradılmış şəraitlə tanış olmuş, orada yaşayan zorakılıq qurbanları ilə söhbətlər aparıblar.

 

Eyni zamanda, zorakılıq qurbanlarının fiziki və psixoloji cəhətdən cəmiyyətə yenidən inteqrasiyası, şəxsin öz ailəsinə, icmasına yenidən qayıtması üçün nəzərdə tutulmuş tədbirlərlə tanış olublar. Həmçinin, zorakılıq qurbanlarının keçirdiyi fiziki, emosional, sosial vəziyyətinin dəyişməsinə xidmət edən fəaliyyətlər barədə, bu sırada tibbi xidmətlərin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

 

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyətinin ziyarətində müxtəlif fakültələri təmsil edən komitə üzvləri iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev