Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə Günü qeyd olunub
11.04.2024 16:02

Kliniki Tibbi Mərkəzin nəzdindəki Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında 11 Aprel - Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə Gününə həsr olunan “Dünya Parkinson Günü” adlı seminar keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzdən xəbər verilib.

 

Seminarda Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev və TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin şöbə müdiri Emil İsgəndərov, eləcə də digər tibb müəssisələrinin həkim nevroloqları iştirak ediblər.

 

Tədbirdə nevroloq Aytən Hüseynova “Erkən Parkinsonizm”, Durna Ələkbərova “Vaskulyar Parkinson”, Fəridə Poladova “Parkinson xəstəliyinin klinik xüsusiyyətləri: motor və non-motor simptomları. Differensial diaqnostika”, Minarə Çərkəzzadə “Parkinson xəstəliyinin müalicəsi: erkən və gec dönəm”, neyrocərrah Teyyub Həsənov isə “Parkinson xəstəliyində DBS cərrahiyyəsi” adlı məruzələrlə çıxış ediblər.

 

Sonda seminar iştirakçılarına “Dünya Parkinson Günü” seminarı çərçivəsində davamlı tibbi təhsil fəaliyyətinə dəstəyə görə təşəkkürnamələr təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev