Sabunçu Tibb Mərkəzinin Xəstə xidmətləri şöbəsi hesabat verib
10.04.2024 11:51

Sabunçu Tibb Mərkəzinin Xəstə xidmətləri şöbəsinin illik fəaliyyətilə bağlı hesabat tədbiri təşkil olunub.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbirdə Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, direktor müavini İlahə Şükürova, Xəstə xidmətləri şöbəsinin müdiri Taleh Qurbanov, həmçinin digər şöbə müdirləri və tibbi heyət iştirak ediblər.

 

Xəstə xidmətləri şöbə müdiri Taleh Qurbanov rəhbərlik etdiyi şöbə əməkdaşlarının illik fəaliyyəti və qeydiyyat işinin təşkili haqqında iştirakçılara məlumat verib.

 

Sabunçu Tibb Mərkəzi və tabeliyində fəaliyyət göstərən 2 nömrəli Doğum evinin, Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının, Maştağa Xəstəxanasının Qeydiyyat bölmə müdirləri və Koordinasiya bölmə müdiri illik vətəndaş müraciətlərinin sayını, ambulator və statsionar üzrə statistik məlumatları təqdimatlarla diqqətə çatdırıblar.

 

Direktor Nurəngiz Bəşirova çıxış edən qeydiyyatçıları dinləyərək Xəstə Xidmətləri şöbəsinin və Qeydiyyat bölməsinin fəaliyyətini yüksək dəyərləndirib. Əlavə olaraq, xəstə məmnuniyyətinin artırılmasında sözügedən şöbənin əhəmiyyətli rol oynadığını da vurğulayıb.

 

Tədbir tibbi heyətin sual-cavabları ilə yekunlaşıb.



Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev