Naxçıvanda “Tibbdə aktual mövzular” adlı elmi-tibbi konfrans keçirilib
09.04.2024 15:55

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Tibbdə aktual mövzular” adlı elmi-tibbi konfrans keçirilib.

 

Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirlib ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov muxtar respublikada səhiyyənin inkişafına və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına yönəlmiş məqsədyönlü islahatlar barədə ətraflı məlumat verib. Tibbdə yeniliklərin tətbiqi, təcrübə mübadiləsi, elmi biliklərin artırılması baxımından elmi-praktik konfransların əhəmiyyətinə diqqət çəkib.

 

Samiq Sadıxov çıxışında Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Əməkdar həkim, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyətindəki əvəzsiz töhfələrindən danışıb, bugunkü konfransın təşkilindəki əməyinə görə ona təşəkkür edib.

 

Sonra Azərbaycan Tibb Universitetinin Klinik allerqologiya və immunologiya kafedrasının müdiri, “Azərbaycan klinik allerqoloqlar və immunoloqlar cəmiyyəti”nin prezidenti, Azərbaycan Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Əməkdar həkim, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva “Allergik rinitin müalicəsində yeniliklər’ mövzusunda məruzə ilə çıxış edib.

 

Professor allergik rinitin diaqnostikası, digər xəstəliklərlə differensiasiyası, düzgün yanaşma, müalicə prinsipləri haqqında danışıb.

 

Sonra Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Pediatrlar Federasiyasının vitse-prezidenti Təranə Tağızadə “Uşaqlarda kəskin qastroenterit” mövzusunda çıxış edib.

 

Sual-cavab sessiyasının ardından konfrans işini yekunlaşdırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev