ATU əməkdaşı IAOMS-un beynəlxalq layihəsinə qoşulub
09.04.2024 11:00

Beynəlxalq Ağız və Üz-çənə Cərrahların Assosiasiyası (IAOMS) Beynəlxalq Qadınlar Günü və Qadın Tarixi Ayı münasibətilə ağız və üz-çənə cərrahiyyəsi sahəsində qadın həkimlərin töhfələrinə həsr olunmuş layihə hazırlayıb. Layihənin əsas məqsədi tibb elminin inkişafında qadınların rolundan danışmaq və onların nailiyyətlərini beynəlxalq səviyyədə nümayiş etdirməkdir.

 

Aztibb.az-ın xəbərinə görə, böyük marağa səbəb olan layihəyə ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova da daxil edilib.

 

Qeyd edək ki, N.Sultanova ATU-da təhsil alıb, 2000-ci ildə tibb elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib. 2003-2004-cü illərdə İstanbulda, professor Onur Erolun rəhbərliyi ilə Elmi Plastik Cərrahiyyə İnstitutunda (ONEP) plastik cərrahiyyə üzrə təcrübə keçib. 2012-ci ildə ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasına dosent vəzifəsinə təyin olunub. 2000-2005-ci illər ərzində N.Sultanova professor Lesli Farkasın rəhbərliyi altında 26 etnik qrup/irqdən olan şəxslərin antropometrik parametrlərinin öyrənilməsi üzrə beynəlxalq layihədə iştirak edib. Üz antropometrik parametrlərinin dünyanın ən böyük müqayisəli məlumat bazası 2005-ci ildə “Journal of Craniofacial Surgery” jurnalında dərc olunub. O, sitat indeksi 900-dən çox olan 73-dən çox elmi nəşrin müəllifidir. 2000-ci ildən bir sıra üz-çənə cərrahiyyəsi (AzOMS), (IAOMS), 2007-ci ildən plastik cərrahiyyə (ISAPS), (PRAS) və 1999-cu ildən antropologiya (EAA) cəmiyyətlərinin üzvüdür.

 

N.Sultanovanın cərrahi fəaliyyətinə anadangəlmə və qazanılmış üz deformasiyalarının aradan qaldırılmasında, kəllə-üz kompleksinin estetik və rekonstruktiv əməliyyatlarında nisbətlərin, harmoniyanın, simmetriyanın və relyefin bərpası daxildir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev