Peşəkar həkimlərimizi tanıyaq! - Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
13.04.2024 17:13
“Həkimlərimizi tanıyaq!” rubrikamızda pasiyentlərin etimadını qazanmış, səmimiyyəti və peşəkarlığı ilə seçilən mama-ginekoloq, t.ü.f.d. Sədi Allahverdiyevi Sizə təqdim edirik.
Tibb təhsilinə 1997-ci ildə N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetində başlayan Sədi Allahverdiyev 2005-ci ildə həmin ali tibb ocağının Mama-ginekologiya kafedrasında kliniki ordinaturanı, 2008-ci ildə isə aspiranturanı bitirib. O, 2009-cu ildən etibarən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi fəaliyyət göstərir.
Həkim Mərkəzi Gömrük Hospitalında hamiləliyin təyini və təqibi, hamiləlikdə şəkərli diabetin və qan uyğunsuzluğunun araşdırılması və profilaktikası, doğum (keysəriyyə və normal doğum ümumi və spino-epidural anesteziya ilə), zahılıq psixozu, doğum sonrası Pap smear müayinəsi, hamiləlikdən qorunma yolları, cinsi yolla yoluxan xəstəliklər, ginekoloji xəstəliklər, törəmələr və onların cərrahi müalicəsi - açıq və endoskopik cərrahiyyə, miomaların cərrahi və konservativ müalicəsi, yumurtalıq şişlərinin endoskopik cərrahiyyəsi, bədxassəli ginekoloji törəmələrin cərrahi müalicəsi, polikistoz yumurtalıq sindromlarında müalicə, uşaqlıq və sidik kisəsi sallanmalarının müalicəsi, sidik tutabilmədə problemlərin konservativ və cərrahi müalicəsi, uşaqlıq boynu xərçəngi və neoplazmaların profilaktikasında xüsusi tədbirlərin icrası, uroginekologiya və kosmetik ginekoloji cərrahiyyəni, sonsuzluğun konservativ və cərrahi müalicəsini, kist, endometriozis, histerektomiya kimi ginekoloji əməliyyatları və ginekoloji xəstəliklərin müalicəsini həyata keçirir.
Sədi Allahverdiyev 2003-2009-cu illərdə Rusiya Federasiyası, Moskva şəhərində N.İ.Piroqov adına 1 nömrəli klinik xəstəxanasında mamalıq, ginekoloji və onkoginekoloji şöbələrində, 2011-ci ildə isə Almaniyanın Frauenklinik Klinikum Aschaffenburg xəstəxanasında mama-ginekoloji şöbəsində mama-ginekoloq kimi fəaliyyət göstərib.
Daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək öz işində tətbiq edən Sədi Allahverdiyev Azərbaycanda və xarici ölkələrdə təşkil olunmuş müxtəlif yerli ve beynəlxalq elmi-praktik konfranslarda, konqreslərdə davamlı olaraq məruzələrlə iştirak edir. O, 2005-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində Ginekologiyada laporoskopiya və histeroskopiya, 1 aylıq təkmilləşmə kursu, 2007-ci ildə Uşaqlıq boynunun patologiyası və kolposkopiya kursu keçib, 2017-ci ildə Moskvada Mama-ginekoloqların Şərqi Avropa sammitində, 2018-ci ildə Mama-ginekoloqların II Avrasiya Sammitində iştirak etmiş və Keysəriyyə əməliyyatında yeniliklər üzrə kurs keçib.
2018-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən Fəxri fərmanla təltif olunub.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

