Samiq Sadıxov Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələri ilə görüşüb
05.04.2024 13:38
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələri ilə görüşüb.
 
Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən bildirilib ki, əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
 
Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov səhiyyə sahəsində aparılan əsaslı islahatlardan və bu sahənin inkişafına göstərilən qayğıdan danışıb. Bildirib ki, Naxçıvan səhiyyə sistemində aparılan islahatlar və kadr potensialının təkmilləşməsi əhalinin sağlamlığının təmin olunmasına verilən dəyərin və göstərilən qayğının bariz nümunəsidir.
 
Qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün səmərəli fəaliyyətin önəmini qeyd edən Samiq Sadıxov peşəkar kadrların uğurun zəmini olduğunu bildirib. Vurğulanıb ki, görüşün keçirilməsinin də əsas məqsədi gələcəyin tibbi kadrlarının düzgün yönləndirilməsi, bu istiqamətdə yarana biləcək problemlərin vaxtında həll olunmasıdır. Sonra tələbələrə Naxçıvandakı iş imkanları barədə məlumat verilib və onların sualları cavablandırılıb.
 
Sonda nazirliyin əməkdaşı Günəş Qədimova səhiyyədə könüllülük prinsipi əsasında ötən ildən bəri reallaşdırılan “Səhiyyə Könüllüləri” layihəsinin yaxın günlərdə yeni formatda təqdim ediləcəyi barədə məlumat verib. O, tələbələri təqdimatda iştirak etmətə dəvət edib və könüllülük fəaliyyətinə qoşulmağı təklif edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev