Şəhid polkovnik-leytenantın övladı Yeni Klinikada ağır vəziyyətdən xilas edilib  
04.04.2024 13:31
Şəhid polkovnik-leytenant Zaur Cəfərovun qızı Səlbi Cəfərli Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra edilən mürəkkəb müalicə prosesindən sonra evə yazılıb.
 
Bu məlumat Aztibb.az-a Yeni Klinikadan verilib.
 
Bildirilib kik, təxminən bir ilə yaxın hemodializ xəstəsi olan şəhid övladının bədənində yaranan yüklənmə ürək və ağciyərlərdə ciddi miqdarda maye toplanmasına səbəb olub. Ürək çatışmazlığı, pnevmoniya, plevral effuziya, tənəffüs çatışmazlığı, arterial hipertenziya şikayətləri ilə Uşaq reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilən xəstənin dərhal müayinə və müalicələrinə başlanılıb. Kifayət qədər mürəkkəb olan bu klinik vəziyyətin müalicəsi klinikanın "Tibbi şura"sının qərarı ilə planlaşdırılıb.
 
Bir aydan artıq müddətdə Uşaq reanimasiya və intensiv terapiya şöbəsinin peşəkar komandası - şöbənin müdiri uzman həkim Müşviq Ramazanov, uzman kardioloq Bəhruz Əliyev, nefroloq Taleh Nağdəliyev, uzman uşaq reanimatoloqu Anar Qurbanov, dializ tibb bacısı Naibə Qasımova tərəfindən ciddi nəzarətə götürülən Səlbi Cəfərli sağalaraq doğum günündə evə yazılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır