Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələri tərəfindən uşaqların icbari dispanserizasiyası davam etdirilir  
04.04.2024 10:21
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələri tərəfindən uşaqların icbari dispanserizasiyası davam etdirilir.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, Bakı şəhərində yerləşən ilkin səhiyyə xidməti müəssisələrinin ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrində 2024-cü ilin əvvəlində tərtib olunmuş qrafikə əsasən tibb heyəti tərəfindən uşaqların icbari dispanserizasiyasının tələblərinə uyğun olaraq ilkin müayinələri həyata keçirilir.
 
Həkim-pediatr, otorinolarinqoloq, oftalmoloq, stomatoloq, cərrah, həkim-nevropatoloq və s. ixtisas həkimlərindən ibarət həkim briqadası tərəfindən uşaqların müayinələri aparılır. Müayinələr zamanı uşaqlarda müəyyən xəstəliklər aşkarlandığı halda həmin uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilir. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması ilə bağlı tövsiyələr verilir.
 
Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir.
 
İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.
 
İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevropatoloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində mütəmadi şəkildə aparılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır