Yeni Klinikanın ümumi cərrahı Çində invaziv qaraciyər cərrahiyyəsi və transplantasiyası üzrə kursda iştirak edir
03.04.2024 12:16

Çinin Siçuan əyaləti ilə Kəmər və Yol boyunca yerləşən ölkələrin beynəlxalq dostluq şəhərləri arasında tibb və səhiyyə sahəsində əməkdaşlığı və mübadilələri daha da inkişaf etdirmək məqsədilə Çin Xalq Respublikasının Siçuan Universitetinin Qərbi Çin Xəstəxanası tərəfindən 01-21.04.2024-cü il tarixlərində “Kəmər və Yol Təşəbbüsü Qaraciyər Minimal İnvaziv Texnologiya Təlimi Kursu” təşkil olunub.

 

Sözügedən təlimdə Yeni Klinikanın Ümumi cərahiyyə və transplantasiya departamentinin ümumi cərrahı Günay Allahverdiyeva iştirak edir.

 

Aztibb.az bu barədə TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.

 

Kurs çərçivəsində Qərbi Çin Xəstəxanasının Qaraciyər Transplantasiyası Mərkəzinə də səfər təşkil olunacaq.

 

Üç həftə müddətində davam edəcək təqaüdlü təlim kursu akademik biliklərin və yüksək ixtisaslaşmış hepatobiliar təcrübənin birləşməsi nəticəsində təlim iştirakçılarına minimal invaziv qaraciyər cərrahiyyəsi və transplantasiyası üzrə bilik əldə etmək üçün unikal imkan yaradacaq.

 

Sözügedən mərkəz qaraciyər cərrahiyyəsi, qaraciyər transplantasiyası (canlı donor qaraciyər transplantasiyası) və hepatobiliar xərçəngin biomarkerləri üzrə elmi araşdırmalar aparır.

 

Mərkəz canlı donor qaraciyər transplantasiyasını təkmilləşdirmək üçün minimal invaziv cərrahiyyə və digər yeni texnikaların istifadəsinə üstünlük verir.

 

Məlumat üçün bildiririk ki, Çin Xalq Respublikası 2013-cü ildə Avrasiya ölkələri arasında qarşılıqlı əlaqələrin qurulması və infrastrukturun yaradılmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyasını elan etmişdir. Qeyd edək ki, Azərbaycan Respublikası bu layihəyə qoşulan ilk Cənubi Qafqaz ölkəsidir və bu gün də aktiv tərəfdaşlardan biridir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev