Autizmli xəstələrin müalicəsində nevroloqların konsultasiyasına hər zaman ehtiyac duyulur
03.04.2024 09:51
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloq və mütəxəssislərdən ibarət nümayəndə heyəti Bioloji Təbabət və İnteqrativ Müalicə Mərkəzində olub.
 
Bioloji Təbabət Klinikasından Aztibb.az-a verilən xəbərə görə, görüşdə qarşılıqlı əməkdaşlıq barədə təklif və fikirlər səsləndirilib.
 
İnteqrativ Müalicə Mərkəzinin baş həkimi Gülnar Quliyeva qonaqlara inteqrativ təbabətin müayinə və müalicə üsulları barədə məlumat verib. Qeyd edib ki, autizm xəstələrində bağırsaq keçiriliciyinin yüksəlməsi müşahidə edildiyindən canlı qanın müayinəsi həkimə daha ətraflı informasiya vermək baxımından vacib üsuldur.
 
Canlı qanın müayinəsi üzrə mütəxəssis Amalya Rəhimova isə autizmli xəstələrdə müayinə zamanı müşahidə etdiyi faktları görüş iştirakçıları ilə bölüşüb.
 
Sonra uşaq nevroloqu Təranə Həşimova, nevroloq Ülviyyə Səlimova, pediatr Sevinc Abdullayeva, həkim-fizioterapevt Nuriyyə Əlibəyli belə xəstələrin müalicəsində effekt almaq üçün komanda işinin vacibliyini vurğulayaraq İnteqrativ Müalicə Mərkəzinin uğurlu nəticələrindən danışıblar.
 
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Həşimova qeyd edib ki, autizm xəstələrinin müalicəsi üçün lazımi şəraitin olmasına baxmayaraq müalicə prosesində nevroloqların konsultasiyasına hər zaman ehtiyac duyulur. O, bu istiqamətdə Mərkəzlə birgə əməkdaşlığın faydalı olacağına inamını ifadə edib.
 
Mərkəzin Əhmədli, Gənclik, Xırdalan filiallarının psixoloqları da çıxışlarında autizmli xəstələrin müalicəsində əldə etdikləri uğurlar barədə məlumat veriblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır