Beynəlxalq Uşaq Kitabı Günündə müayinəyə gələn balaca pasiyentlərə kitablar hədiyyə olunub
03.04.2024 09:14

Mərkəzi Gömrük Hospitalında 2 Aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr edilmiş aksiya keçirilib.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, bütün planetdə keçirilən Beynəlxalq Uşaq Kitabı Gününün Mərkəzi Gömrük Hospitalında da qeyd edilməsi artıq ənənəvi hala çevrilib. Belə ki, Hospitala müayinəyə gələn balaca pasiyentlərə müxtəlib uşaq kitabları hədiyyə edilib. Balaca pasiyentlər böyük sevinclə hədiyyələri qəbul ediblər.

 

Təcrübə göstərir ki, valideynin uşağına verə biləcəyi ən böyük hədiyyələrdən biri mütaliə və kitaba sevgidir. Uşaqların oxumağı bacarmadığı dövrlərdə onlara kitab oxumaq, kitab haqqında müzakirə apararaq düşüncə tərzini formalaşdırmaq vacib bir yanaşmadır. Hər bir uşaq erkən yaşlarından etibarən kitabla tanış olmalı, onu sevməlidir. Bu kitabları oxuyan uşaqlar nə vaxtsa bu mütaliə sayəsində həkim, müəllim, inşaatçı, riyaziyyatçı, rəssam, neftçi, alim, ən əsası isə Vətənimizə layiqli vətəndaşlar olacaq.

 

Qeyd edək ki, Uşaq Kitabı Gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Məşhur nağılbaz Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev