ATU-da Sankt-Peterburq Səhiyyə Komitəsinin sədr müavinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
02.04.2024 09:06

Azərbaycan Tibb Universitetində (ATU) rektor, professor Gəray Gəraybəylinin  Sankt-Peterburqun Səhiyyə Komitəsinin sədr müavini Aleksey Tereşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü baş tutub.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Görüşdə rektor G.Gəraybəyli ölkəmizin qocaman ali təhsil mərkəzlərindən biri olan və zəngin ənənələri ilə tanınan Azərbaycan Tibb Universitetinin fəaliyyəti, tədris proqramındakı yeniliklər barədə qonaqlara ətraflı məlumat verib. Xarici tələbələrin sayına görə ATU-nun ölkədə birinci yerdə olduğunu bildirən rektor G.Gəraybəyli ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində son illər atılan addımlar barəsində də danışıb. Nümayəndə heyəti üzvlərinə həmçinin ATU-nun nəzdindəki klinikaların fəaliyyəti haqqında məlumat verilib. Rektor G.Gəraybəyli  qarşılıqlı görüş və müzakirələrin ATU ilə Sankt-Peterburqdakı tibb universitetləri arasındakı münasibətlərin inkişafına təkan verəcəyinə inandığını bildirib. 

 

Nümayəndə heyətinin rəhbəri, Sankt-Peterburqun Səhiyyə Komitəsinin sədr müavini Aleksey Tereşin bu şəhərdəki tibb mərkəzləri və müəssisələrinin fəaliyyəti haqqında danışıb.  Qonaq bu qurumlarla Azərbaycandakı elmi-tibb mərkəzləri və ATU ilə əməkdaşlığın gücləndirilməsi, əlaqələrin intensivləşdirilməsi və daha üst səviyyəyə qaldırılmasında maraqlı olduğunu bildirib.

 

Sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır