Qəhrəman tibb işçilərimizi tanıyaq! - Sərdar Əkbərov
05.04.2024 16:54

Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazıb. 

 

Aztibb.az xəbər verir ki, belə qəhrəmanlarımızdan biri də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində tibb qardaşı çalışan Sərdar Qabil oğlu Əkbərovdur.

 

Sərdar Əkbərov 2009-cu ildə Gəncə Tibb Kollecinin Müalicə işi fakültəsini bitirib. Elə həmin ildən də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsində tibb qardaşı olaraq çalışıb. 2019-cu ildən isə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 saylı Təcili tibbi yardım bölməsində tibb qardaşı vəzifəsində işləyir.
 
O, 44 günlük Vətən müharibəsində göstərdiyi yüksək tibbi xidmətə görə Fəxri fərmanla təltif olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev