Respublika Klinik Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
02.04.2024 09:39
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov qəbul qrafikinə uyğun olaraq xəstəxananın inzibati binasında növbəti dəfə vətəndaşlarla fərdi görüş keçirib.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, qəbul prosesində tibb müəssisəsinin baş həkimi və Ümumi şöbənin müdiri iştirak ediblər.
 
Qəbulda 5 vətəndaşın müraciətinə baxılıb.
 
Müayinə, müalicə, işlə təmin olunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti şöbə və bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev