Yanğından zərərçəkən 24 yaşlı şəxsə ilkin tibbi xidmət göstərilib
02.04.2024 09:24
31.03.2024-cü il tarixində saat 20:48 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, hadisə yerinə dərhal 13 təcili tibbi yardım briqadası göndərilib.
 
Ünvana gedən təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslərə dərhal ilkin tibbi yardım göstərilib.
 
Belə ki, yanğından zərərçəkən 24 yaşlı şəxsə dəqiqləşdirilməmiş tüstü və od mənbələrinin təsiri diaqnozu qoyulub və ona ilkin tibbi xidmət göstərilib.
 
Təcili tibbi yardım briqadası tərəfindən vaxtında və düzgün aparılan yardım ilə xəstənin vəziyyəti stabilləşdirilib. Onun səhhətində heç bir ağırlaşma qeydə alınmayıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev