ATU əməkdaşlarının yeni ixtirası beynəlxalq patent alıb  
01.04.2024 14:43

Azərbaycan alimlərinin hipotireozun müalicəsi üçün hazırladıqları yeni dərman formulu beynəlxalq səviyyədə patent alıb. Azərbaycan Tibb Universitetinin () I Cərrahi Xəstəliklər kafedrasının assistenti, t.ü.f.d. Azər Hümmətovun həmmüəllifi olduğu elmi tədqiqat işi beynəlxalq AvroAsiya patentini qazanıb.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, tədqiqat işi bir neçə alimin birgə əməkdaşlığı sayəsində aparılıb.

 

”Uzun müddətli fəaliyyət göstərən levotiroksin natrium penhidrat üçün xitozan/arabinoqalaktan əsaslı kompozisiya” adlı elmi tədqiqat nəticəsində yeni qarışıq yaradılıb. Hazırda tədqiqat işi eksperimental mərhələdədir. Araşdırmaların klinik mərhələsi başa çatdıqdan sonra  nəticələri açıqlanacaq.

 

Azərbaycan həkimlərinin bu ixtirası sayəsində hipotireozu olan pasiyentlər artıq “Levotiroxin”I hər gün deyil, 2-3 gündən bir qəbul edə biləcəklər.

 

Qeyd edək ki, tədqiqat işində Azərbaycan Tibb Universiteti I Cərrahi Xəstəliklər kafedrasının ilə yanaşı, Elmi Tədqiqat Mərkəzi, Əczaçılıq kimyası kafedrası, həm də Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır