Xətai Tibb Mərkəzinə müraciət edən 44 yaşlı qadın övladı ilə birlikdə evə yola salınıb
01.04.2024 11:17
3 il sonsuzluq sonrası qadın müalicə üçün Xətai Tibb Mərkəzinin ginekoloqu Zülfiyyə Allahverdiyevaya müraciət edib.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, 1980-ci il təvəllüdlü Gülşad Novruzova 3 il əvvəl ailə qurub, hamiləlik baş verməyib. Xətai Tibb Mərkəzində müayinə nəticəsində qadında endometriyanın polipi aşkarlanıb. Histeroskopik polipektomiya əməliyyatından sonra ginekoloq tərəfindən 2023-cü ildə histerosalpinqoqrafiya müayinəsi aparılıb, boruların keçiriciliyinin olmamasının müalicəsinə başlanılıb. Müalicə fonunda hamiləlik baş verib. Hamiləliyin ikinci trimestrində qaraciyərin funksional sınaqları hepatozun başlanmasını təsdiq edib.
 
Tibb müəssisəsində qadının preeklampsiya riski öncəllənib və hamiləlik vaxtında sağ-salamat doğuşla başa çatıb. Ana çəkisi 3160 qr, boyu 53 sm oğlan uşağı ilə mərkəzdən evə yola salınıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev