ABŞ-da inəklərdə quş qripi aşkarlanıb
29.03.2024 10:49

ABŞ rəsmiləri Texas və Kanzas ştatlarında inəklərdən alınan süd testlərinin nəticələrinin quş qripi üçün müsbət çıxdığını açıqlayıblar. Səlahiyyətlilər, inəklərin karantinə alındığını və iki-üç həftə ərzində sağaldığını bildiriblər.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, Texas Heyvan Sağlamlığı Komissiyası Texas və Kanzas ştatlarında inəklərdə yorğunluq, iştahsızlıq və laktasiya problemlərinin müşahidə edildiyini, südlərinə tətbiq edilən testlərin quş qripi üçün müsbət çıxdığını bildirib.

 

Yaşlı inəklərdə iştahsızlıq və digər klinik simptomları yaxından qiymətləndirmək üçün testlər əsasən Texas və Kanzasda aparılıb. Kanzasdakı iki süd fermasından və Texasdakı bir süd fermasından pasterizə olunmamış südün diaqnostik nümunələri, eləcə də başqa bir süd fermasından alınan nümunələrin ştatlarda HPAI (quş qripi) üçün müsbət olduğu təsdiqlənib.

 

Heyvan Sağlamlığı Komissiyası süd müəssisələrinin yaxınlığında tapılan ölü çöl quşlarından sınaq nümunələri götürdüklərini və vəhşi quşların quş qripi gətirmiş ola biləcəyini vurğulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev