Lyamblioz xəstəliyinə yoluxmuş şəxslərin qida rasionundan şəkərli qidalar çıxarılmalıdır
28.03.2024 14:35
Hazırda ən aktual problemlərdən biri lyamblioz xəstəliyidir. Bu xəstəliyə həm uşaqlar, həm də böyüklər arasında rast gəlinir.
Aztibb.az-a bu barədə məlumat verən Binəqədi Tibb Mərkəzinin həkim-laborantı Gülnarə Allahverdiyeva bildirib ki, lyambliya bir hüceyrəli ibtidaidir. Lyambliya qurd deyil ki, gözlə görünsün. Lyambliya öd kisəsi, öd yolları, on iki barmaq bağırsaqda yerləşən və nazik bağırsağın divarını zədələyən parazit növüdür. Nazik bağırsağın divarını zədələdiyinə görə B 12 vitamininin bağırsaqlar tərəfindən sorulması pozulur və nəticədə qan azlığı yaranır. Eyni zamanda bu parazit karbohidrat və zülalların sorulmasını pozur. Karbohidratlar lyambliya üçün əsas qida mənbəyidir. Orqanizm ona lazım olan qida maddələrini ala bilmədiyi üçün iştahasızlıq, halsızlıq, baş ağrıları kimi şikayətlər yaranır.
Həkim-laborant, həmçinin bu parazitlə yoluxmuş xəstələrin qida qəbuluna xüsusi diqqət yetirməsinin vacibliyini qeyd edib: "Bu parazitlə yoluxmuş şəxslərin qida rasionundan şəkərli qidalar çıxarılmalıdır. Lyambliya, eyni zamanda öd yollarında iltihaba səbəb olur ki, bu da ödün axmasını çətinləşdirir".
Gülnarə Allahverdiyevanın sözlərinə görə, lyambliya xəstəliyini aşkar etmək üçün iki üsuldan istifadə edilir. Nəcisin ümumi analizində kistlərin olması yoxlanılır. Nəcisin ümumi analizi ən azı üç dəfə təkrarlanır. Müasir standartlara uyğun olaraq lyambliya xəstəliyini aşkar etmək üçün testlərdən də istifadə olunur. Bu xəstəlyə yoluxmuş şəxslərdə qanın ümumi analizi (eozinofillər) yoxlanılmalıdır. Çünki allergiya və parazit xəstəliklərində eozinofillərin sayı çoxalır. Nəcis laboratoriyaya daxil olduğu anda təcili surətdə yoxlanılmalıdır. Lyambliya xəstəliyini aşkar etmək üçün duru nəcisdə selik hissədən hazırlanmış nativ yaxmaya mikroskopla baxılmalıdır. Lyambliyaya yoluxmuş şəxslərin tez bir zamanda müayinə və müalicəsi məsləhətdir.
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

