27 mart-2 aprel – Ümumdünya Autizm Maarifləndirmə Həftəsidir  
27.03.2024 11:56

27 mart-2 aprel - Ümumdünya Autizm Maarifləndirmə Həftəsi ilə əlaqədar bütün dünyada aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur.

 

Aztibb.az İctimai Səhiyyə və İslahatlar Mərkəzinə istinadla bildirir ki, əsəb sisteminin inkişafının pozulması nəticəsində yaranan autizm xəstəliyi 3 yaşadək uşaqlarda rast gəlinir. Xəstəliyə üç əlamət - qarşılıqlı sosial əlaqələrin çatışmazlığı, kommunikasiyaya maraq məhdudluğu və təkrarlanan davranış pozuntusu əsasında diaqnoz qoyulur. Autizm məhdud davranışlara aparıb çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir. Dünyada böyük bir bəlaya çevrilən autizm daha çox nitq və davranışda qeyri-adiliklə, yaranan problemlərlə müşayiət olunur.

 

Hər il Azərbaycanda da cəmiyyətin autizm mövzusunda maarifləndirilməsi ilə bağlı silsilə tədbirlər keçirilir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası üzrə keçirilən tədbirlərin məqsədi ictimaiyyətin və hökumətin diqqətini autik spektr pozğunluqları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltməkdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev