Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək
25.03.2024 12:12

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent İlham Qaraqurbanlı və institutun direktor müavini aqrar elmlər üzrə fəlsəfə doktoru Sevil Süleymanova ETN Molekulyar Biologiya və  Biotexnologiyalar İnstitutunda (MBBİ) olublar.

 

MBBİ-dən Aztibb.az-a bildirilib ki, qonaqlar institutun laboratoriyaları, aparılan elmi-tədqiqat işləri, alınan mühüm nəticələr ilə tanış olublar.

 

Daha sonra Molekulyar Biologiya və  Biotexnologiyalar İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında bitki biotexnologiyası və molekulyar fitopatologiya sahələrində qarşılıqlı maraq doğuran mövzular və innovasiyalar üzrə əlaqələndirilmiş birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi müzakirə edilib, əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev