Ramazan ayı boyunca bədəninizdə suyun miqdarına fikir verin!
24.03.2024 08:00

İmsak vaxtı su qəbuluna xüsusi diqqət etmək lazımdır. Bunun üçün evdə hazırlanan az şəkərli limonadlar, ayran, meyvə kompotları için.

 

Aztibb.az xəbər verir ki, TƏBİB-in feysbuk səhifəsində Ramazanda içiləcək suyun miqdarı ilə bağlı məlumat paylaşılıb.

 

Məlumatda bildirilir:

 

"Mümkün qədər iftarla imsak arasında ən az 8-10 stəkan su için. Amma çay və qəhvənin su ehtiyatını qarşılamadığını unutmayın. Bədəndə su quruyarsa, səhhətiniz pisləşə və xəstəxanaya düşə bilərsiniz!

 

İmsakda qidalanma üçün vacib olan məqamlar bunlardır:

İmsakadan yarım saat öncə iki stəkan su içilməsi məsləhətdir;
Enerjili qidalara üstünlük verilməlidir;
Lifli qidalardan daha çox istifadə edilməlidir;
Duzlu, ədviyyatlı qidalardan uzaq durulmalıdır;
Boyat yeməklərdən imtina edilməlidir;
Bal və mürəbbə qəbulu məsləhət görülmür;
Süd, şit pendir, qaymaq və digər ağartı məhsulları, yumurta, şorba, tərəvəz, yarma plovu kimi yeməklər yeyilə bilər;
Yeməklərlə birlikdə təzə meyvə və ya qoz, badam kimi quru qidaların qəbul edilməsi enerji və mineral baxımından dəstəkləyici ola bilər;
Bədəndə su saxlayan qidalara daha çox üstünlük verilməlidir;
Tünd qara çay və qəhvə kimi kofeinli içkilər içilməməlidir;
Bitki çaylarına, az şəkərli kompotlara üstünlük verilməlidir.

 

Sağlamlığınız nəfsiniz qədərdir.

Allah Ramazan ayında tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin!"

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev