Təcili tibbi yardım briqadasının vaxtında müdaxiləsi nəticəsində xəstənin həyati təhlükəsi aradan qaldırılıb
23.03.2024 09:39

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 21.03.2024-cü il tarixində saat 12:23 radələrində 33 yaşlı şəxsin (cinsi kişi) halı pis (mədə ağrısı, sinədə göynəmə və yanmadan şikayət ) səbəbilə çağırış daxil olub.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, dərhal çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

 

Ünvana gedən təcili tibbi yardım briqadası tərəfindən xəstəyə ilkin tibbi yardım göstərilib və elektrokardioqramma ( EKQ) nəticəsinə əsasən qeyri-stabil stenokardiya diaqnozu ilə Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə hospitalizasiya olunub.

 

Təcili tibbi yardım briqadasının vaxtında və düzgün aparılan yardımı nəticəsində xəstənin vəziyyəti ağırlaşmadan həyati təhlükəsi aradan qaldırılıb.

 

Hazırda xəstənin vəziyyəti stabildir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası