Fövqəladə Hallar Nazirliyi TƏBİB-in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib
21.03.2024 09:35

“Fövqəladə Hallar Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yanğın, tikinti, texniki, nüvə və radiasiya təhlükəsizliyi sahələri üzrə birgə Tədbirlər Planı” çərçivəsində FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən TƏBİB-in əməkdaşları üçün “Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, əvvəlcə, Fövqəladə Hallar Nazirliyinin Hərbi və yanğın təhlükəsizliyi məsələləri üzrə analitik şöbəsi, Dövlət Yanğın Nəzarəti Xidməti və TƏBİB-in məsul vəzifəli şəxsləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, birgə fəaliyyət zamanı əldə olunmuş nəticələr barədə iştirakçılara məlumatlar veriblər.

 

Daha sonra Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən TƏBİB-in tədbirə cəlb olunmuş əməkdaşlarına səhiyyə obyektləri ilə münasibətdə ərazinin və binaların saxlanılması, növbətçi xidməti heyətinin və növbətçilərin vəzifələri, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, yanğın zamanı hərəkətlər barədə ətraflı məlumat verilib.

 

Tədbirdə, həmçinin ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə slaydlar, videoçarxlar nümayiş edilərək suallar cavablandırılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub