Naxçıvan Səhiyyə Nazirliyi müharibə iştirakçıları, şəhid və qazi ailələri üçün iftar süfrəsi təşkil edib
20.03.2024 10:39

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi səhiyyə sahəsində çalışan şəhid və qazi ailələrini, Vətən müharibəsinin iştirakçılarını bir araya toplayaraq iftar süfrəsi təşkil edib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, tədbirə Naxçıvanda səhiyyə sahəsində işə götürülmüş 162 nəfər şəhid və qazi ailə üzvləri və qazilər dəvət edilib.

 

Əvvəlcə ümumilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizn əziz ruhları bir dəqidəlik sükutla yad edilib, Dövlət Himni səslənib.


Tədbirin açılışında qeyd olunub ki, on bir ayın sultanı olan Ramazanda insanlar bir ay boyunca oruc tutur, günahların bağışlanması, duaların qəbul olunması üçün əllərini haqqın dərgahına açırlar. Müsəlmanlar bir süfrə ətrafında toplaşaraq ruzilərini bölüşür, Ramazan ayının müqəddəs adətlərini icra edərək yaşadır, doğmalarını, xüsusi qayğıya ehtiyac olanları, həssas qəbildən olanları ziyarət edirlər. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi də müqəddəs ayın adətlərinə uyğun olaraq səhiyyə sahəsində çalışan şəhid ailələrini, Vətən müharibəsinin iştirakçılarını bir araya toplayaraq iftar süfrəsi təşkil edib. Uca Yaradandan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, Ali Baş Komandan, Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi yenilməz və güclü ordumuzun əsgərlərinə cansağlığı arzulayırıq.

 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın Sədri Sahib Məmmədov müqəddəs Ramazan ayının fəzilətləri haqqında fikirlərini bölüşüb, Qurandan ayələr səsləndirib.

 

İftardan sonra şəhid ailə üzvlərinə söz verilib, onların ürək sözləri, Ramazan ayının gəlişi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrikləri dinlənilib.

 

Tədbirdə, həmçinin Vətənimizin igid oğulları sayəsində qazandığımız möhtəşəm qələbəmizə həsr olunmuş videoçarxlar nümayiş olunub.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev