Milli Onkologiya Mərkəzində ekoloji maarifləndirici tədbir təşkil olunub
19.03.2024 13:38

Milli Onkologiya Mərkəzində (MOM) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ekoloji maarifləndirici tədbir təşkil olunub.

 

MOM-dan Aztibb.az-a bildirilib ki, tədbir “Tibb müəssisələrində əmələ gələn müxtəlif növ tullantıların toplanması, saxlanması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizminin həyata keçirilməsi” mövzusuna həsr edilib.

 

Tədbirdə Ətraf Mühitdən İstifadənin Tənzimlənməsi, Mətbuatla İş və Ekoloji Maarifləndirmə Sektorunun sektor müdiri Rafiq Ədilov və aparıcı məsləhətçisi Aynur Əbdüləzimova çıxış edərək müxtəlif növ tibbi tullantıların toplanması, saxlanılması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmini izah ediblər.

 

Rafiq Ədilov vurğulayıb ki, tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına vura biləcək zərərli təsirinin qarşısının alınması məsələləri rəhbərlik tərəfindən hər zaman diqqətdə saxlanılır, tapşırıqlar verilir və bununla bağlı mütəmadi olaraq monitorinqlər təşkil edilir.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev