TƏBİB və Koreyanın “Kyun Hee” Universitetinin nümayəndə heyətləri arasında görüş olub
19.03.2024 09:27

TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Koreya Respublikasının “Kyun Hee” Universitetinin nümayəndə heyəti arasında tanışlıq görüşü baş tutub.

 

Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, görüş zamanı digər sahələrdə olduğu kimi səhiyyə sahəsində də iki ölkə arasında  ilbəil genişlənən əməkdaşlığın mövcud vəziyyəti və inkişafı ətrafında danışıqlar aparılıb.

 

Azərbaycanda mövcud səhiyyə sistemi, TƏBİB-in fəaliyyət istiqamətləri və icbari tibbi sığortanın tətbiqi haqqında qonaqlara geniş məlumat verilib. Həmçinin, tibb işçilərinin kadr potensialının artırılması və təcrübə mübadiləsi məqsədilə gələcəkdə birgə təlimlərin təşkili, TƏBİB tabeliyindəki tibb müəssisələrinin həkimlərinin Koreya Respublikasında təcrübə keçməsi məsələləri müzakirə olunub.

 

Universitetin nümayəndə heyəti isə öz növbəsində son illər Koreya Respublikasında tibb sahəsində  əldə olunmuş nailiyyət və innovativ yeniliklər haqqında məlumat verib.

 

Səhiyyə sistemi və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi ilə yerində tanış olmaq məqsədilə görüşdən sonra Universitetin nümayəndə heyətinin Yeni Klinikaya ziyarəti təşkil edilib.

 

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev