Zaqatala RMX-da Ümumdünya Vərəmlə Mübarizə Günü ilə bağlı maarifləndirici tədbir keçirilib
24.03.2024 11:13
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Vərəmlə Mübarizə Günü ilə bağlı maarifləndirici tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbiri müəssisənin direktoru Tamara Nurəliyeva açıb.
 
Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasının ftiziatrik kabinetinin müdiri Bəsti Şabanova və həkim-terapevt Ceyran Dibirova çıxış edərək vərəm haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, vərəm mikobakteriyaları ilə törədilən, vaxtında və düzgün müalicə aparılmadıqda sağlamlığın itirilməsinə gətirib çıxaran infeksion xəstəlikdir. Vərəm insanın müxtəlif orqan və toxumalarını zədələyə bilər.
 
Qeyd olunub ki, vərəmə yoluxma öskürdükdə, asqırdıqda və söhbət etdikdə vərəm mikobakteriyaları ifraz edən xəstə ilə uzun müddət bir yerdə olduqda, havada mikobakteriyaların yüksək konsentrasiyası olduqda, immunitet zəiflədikdə baş verə bilər. Vərəmin müalicəsi və profilaktikası istiqamətində yeniliklərə nail olmaq məqsədilə hər il martın 24-ü ÜST və Vərəmlə Dünya Mübarizə Birliyinin təşəbbüsü ilə Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. Həmin gün dünyada minlərlə insanın diqqəti vərəm probleminə yönəldilir, əhali qlobal vərəm epidemiyası ilə əlaqədar məlumatlandırılır, vərəmin profilaktikası, müalicəsi məqsədilə bir sıra tədbirlər keçirilir, vərəmlə mübarizədə məlumatlılığın artırılmasına, gələcək inkişafın siyasi və sosial təminatının möhkəmləndirilməsinə imkan yaranır.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır